“Gəncliyin Qalası: Təhsil və sağlamlıq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  "Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək" İB   “Gəncliyin Qalası: Təhsil və sağlamlıq”  layihəsi çərçivəsində Bakı 1 nömrəli Tibb Kollecində maarifləndirici tədbir keçirilib.

Keçirilən tədbirdə  Azərbaycan Respublikasının dövlət himni eşitmə və nitq qabiliyyəti tam məhdud olan gənclərin  jest dilində tərcüməsiylə oxunub və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Baş tutan tədbirdə Bakı 1 nömrəli Tibb  Kollecinin müəllimləri , "Səssiz Dünya"  İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB -nin  eşitmə və nitq qabiliyyəti tam məhdud olan gənc üzvləri ,valideynlər , ictimai birliyin könüllüləri iştirak edib. Təşkilatın sədri Aidə Səfərova çıxış edərək layihənin əsas məqsədi regionlarda eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin maarifləndirilməsi üçün jest dilində sağlam həyatın təbliği, narkomaniya bəlası yönündə maarifləndirmə işinin aparılmasından və erkən evliliyə qarşı mübarizə aparmaqdan ibarət olduğunu bildirib.

Daha sonra Aidə Səfərova auditoriyanin eşitmə  və nitq qabiliyyəti  tam məhdud olan şəxslər istiqamətində ünvanlanan suallarını  cavablandırıb.Tədbirin sonunda " Gəncliyin qalası; Təhsil və sağlamlıq " layihəsi çərçivəsində ərsəyə gəlmiş  " Mən oynadım, o isə bu həyatı yaşayır " adlı sosial çarx iştirakçılara təqdim olunub.Tədbir sonadək surdotərcüməçinin jest dilində tərcüməsiylə başa çatdırılıb.