2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin Sumqayıt şəhərinin 9-cu, 10-cu və 13-cü mikrorayon seçiciləri ilə görüşü keçirilib.
Görüşdə iştirak edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın seçki platformasının əsas məqamlarını vurğulayıb. O, seçki platformasında qarşıya qoyulmuş məsələlər haqqında danışıb.
Deputatlığa namizəd Tahir Mirkişili çıxışında həyata keçirilən sosial-iqtisadi proqramlardan bəhs edib. O qeyd edib ki, bütün bunlar əhalinin rifah halının yüksəlməsinə, iqtisadiyyatın daha da güclənməsinə xidmət edir. YAP-ın seçki platformasında da gələcək hədəflər öz əksini tapır.
Deputatlığa namizəd seçicilərin etimadını doğrultmaq üçün bütün gücü ilə çalışacağını vurğulayıb.
Təşviqat qrupunun üzvləri Şakir Abışov və Təbrik Quliyev seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər isə çıxışlarında “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə gedən YAP-ın namizədi T.Mirkişiliyə səs verəcəklərini bildiriblər.