Günay Ağamalı qəbul keçirdi

05 İyul 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu, Kürqaraqaşlı kənd Mədəniyyət evində vətəndaşlarla növbəti görüşü keçirildi.

Öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha  sonra Millət Vəkili qısa müddət ərzində görülmüş işlər və  həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi. 

Ardınca, Millət Vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətlər və təklifləri dinlədi, onların  həlli istiqamətində zəruri işlərin görüləcəyini və qanunvericiliyin tələblərini diqqətə çatdırdı.