Sabunçu rayonu Bilgəh qəsəbəsində Hacı Qalib Salahzadəyə məxsus ərazidə baş verən söküntü işləri ilə əlaqədar məlumatlar səngimir. SABAHİNFO.AZ xəbər verir ki, bununla bağlı Qalib Salahzadə məlumat verib. Onun sözlərinə görə, ona yaxınlığı ilə tanınan İlham adlı şəxsi Bakı Şəhər Baş Polis İdarəsində heç bir əsas olmadan, amonim şikayət əsasında saxlayıblar: "İlham mənə yaxın adamdır. Bu gün onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediblər və bildiriblər ki, haqqında anonim şikayət var. Şikayətin kim tərəfindən edildiyi bilinmir və əsas da gətirirlər ki, guya həmin ərazi İlhama məxsusdur".
Q.Salahzadə onu da qeyd edib ki, bütün bu işlərin arxasında Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyevlə yanaşı maraqlı şəxslər var.