15.11.2023-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev, Regional Məşğulluq filialının məsul işçiləri, bir qrup sakinlər iştirak etdi.
Əmək yarmarkasında 10 işəgötürən tərəfindən 158 vakansiya təqdim edilmişdir. Şirvan-Salyan Regional Məşğulluq filialının Hacıqabul rayon xidmət şöbəsi tərəfindən işsiz kimi qeydiyyata alınmış 318 nəfər əmək yarmarkasında iştirak etmişdir. Yarmarka iştirakçılarına vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.