07.11.2023-cü il tarixdə Hacıqabul şəhər stadionunda Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq ”8 noyabr - Zəfər Günü” ilə əlaqədar voleybol idman növü üzrə məktəblilərin açıq zona birinciliyi keçirilmişdir. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov, Şirvan –Salyan Regional Təhsil İdarəsinin, Şirvan –Salyan Regional Gənclər və İdman İdarəsinin, Hüquq mühafizə orqanlarının və digər idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Yarışda regiona daxil olan Şirvan, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul rayonlarının məktəblilərindən ibarət oğlan və qız voleybol komandaları iştirak etmişlər. Yarışda Hacıqabul rayonunun oğlan və qızlardan ibarət məktəbli voleybol komandaları I yerə, Şirvan şəhər məktəblilərindən ibarət oğlan komandası II yerə, Neftçala rayonunun məktəblilərindən ibarət qız komandası II yerə, Biləsuvar rayonunun oğlan və qızlardan ibarət məktəbli voleybol komandaları III yerə layiq görülmüşlər.