Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO

Bu gün Hacıqabul rayonu ərazisində baş vermiş sel zamanı suya düşən şəxs son anda xilas edilib.

Sabahinfo.az xəbər verir ki, hadisəyə aid görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, rayonun Paşalı kəndi yaxınlığında dağlıq ərazidən gələn sel yolu keçilməz edib. Bu zaman velosipedlə hərəkət edən vətəndaş seli keçərək əks tərəfə doğru irəliləmək istəyib. Lakin güclü axan su onu aparıb. Ərazidə xidmət aparan polis əməkdaşı velosipedlə birgə selin apardığı şəxsi görərək suya atılıb və onu sahilə çıxarmağa müvəffəq olub.

Həyatını riskə ataraq vətəndaşı xilas edən polis əməkdaşının Hacıqabul RPŞ-nin əməkdaşı polis serjantı Yunis Muradbəyli olması məlum olub.

Həmin anları əks etdirən görüntüləri təqdim edirik: