"Bütün həmkarlarım büdcə ilə bağlı təkliflər edir. Amma sual yaranır: Haradan kəsib hara yönəldirik?"
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, büdcə gəlirlərinin artırılmasına dair təkliflər olunmalıdır.
Həmçinin nəzərə çatdırıb ki, iqtisadiyyatın bəzi sahələri dövlətin nəzarətindən çıxarılmalıdır.
"Real həyatda dövlət iqtisadiyyata total nəzarəti həyata keçirir"./Bakivaxio.az