Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də “FOX” televiziyasında keçiriləcəyi planlaşdırılan seçki debatında iştirakdan imtina edib.
Sabahinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth social” platformasında yazıb.
“Kamala Harris indicə bizə bildirdi ki, “Fox News”-un efirində debatda iştirak etməyəcək”, - Ağ Evin sabiq rəhbəri vurğulayıb.
Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı onu təəccübləndirmir.
Keçmiş prezident debat əvəzinə, eyni tarixdə “Fox News”-da seçicilərin suallarını cavablandıracağını bildirib.