Hatay vilayətinin Defne rayonunda ötən gün 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ nəticəsində 6 nəfər ölüb, 294 nəfər isə yaralanıb.
Yaralananlardan 18-nin vəziyyəti ağırdır.
Dağıntılar altında qalanlar var.
Ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir.