Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.
Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.