Tarixi faktlar təsdiqləyir ki, ermənilər həmişə münaqişələr yaratmaqda, başqalarına aid olanları özününküləşdirməkdə maraqlı olublar. Bu xüsusiyyət artıq onların milli xarakteri kimi formalaşıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.
O bildirib ki, Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni ideoloqları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Təsadüfi deyil ki, 1918-1920-ci illər tarixdə erməni qətliamları kimi qalıb. Bu qətliamı ermənilər xüsusi qəd¬dar¬lıqla həyata keçi¬riblər. Həmin illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Göyçay, Quba, Lənkəran, Qarabağ bölgəsində on min¬lərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub. Ermənilər məkrli və düşünülmüş siyasətin nəticəsi olaraq Qafqazda, o cümlədən Azərbaycanın tarixi torpaqlarında məskunlaşdırıldı. Onlar burada özlərini aborigen kimi aparırdılar. Siyasətinə uyğun gəldiyi üçün çar Rusiyası buna göz yumurdu. Burada xristianlıq amili də mühüm rol oynayırdı. Digər tərəfdən Azərbaycan kimi çox böyük təbii resurs¬la¬ra malik olduğundan diqqət çəkirdi.
S.Xasayeva qeyd edib ki, sovet hökumətinin siyasi repressiyasına görə 1948-1953-cü illərdə Ermənistandan, öz ta-rixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Kür-Araz düzənliyində yerləşdirildi. Bu, mahiyyət etibarilə repressiyanın təbiət vasitəsilə davamı idi. Mühitin bu səviyyədə dəyişdirilməsi sonralar böyük bəlalar vermişdi. Ermənilərin Azərbaycana qarşı milli xəbisliyi davam edirdi. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çev¬rildi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Er¬mə¬nistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağıdılması, on minlərə günahsız in¬sa¬nın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Deputat vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı gizlin siyasi xülyalarına, azərbaycanlılara qarşı soy¬qı¬rımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiyməti böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev verdi. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbay¬can¬lıların Soyqırımı Günü elan edildi. Bu sənəd dünya dövlətlərinin diqqətinə yönəldilmiş tarixi xatır¬latma oldu. Tarixi hadisələrə siyasi qiymət vaxtında verilməlidir ki, sonralar onlar acı təəssüf¬lər¬lə yada salınmasın. Ermənistanın xarici siyasəti həmişə ələbaxımlılığa söykənib. Azərbaycana qarşı ərazi id¬dia¬sına düşəndə də bu xislətini vasitə etməklə siyasi, maddi və hərbi yardımlara ümid bağ¬la¬yırdı. Təəssüf ki, erməniliyə aldanan dövlətlər Ermənistanın istəyinə yardımçı olurdu, bununla da dünyəviliyin, bəşəriliyin təhlükələrlə üzləşməsinə şərait yaranırdı. 1988-1994-cü illərdə xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdi. İşğal zamanı yaşayış məntəqələri dağıdılır, dinc əhali amansız¬ca¬sına qətlə yetirilirdi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməniliyin təzahürü idi. Dinc azərbaycanlılara qarşı ağlasığmaz faciələr törədilirdi. 1992-ci il fevralın 26-da Xocalıda misli görünməmiş qətliam törədildi. Ermənistan işğalçılıq siyasətinin və vəhşiliyinin nəticələrini Azərbaycan xalqı yaşamaqdadır. Nə qədər günahsız insanlarımız vəhşicəsinə qətlə yetirildi, dini, mədəni və tarixi abidələrimiz məhv edildi.
Ermənistan işğal müddətində Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 me¬mar¬lıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsini, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidəsini məhv edib. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi talan edilib və dağıdılıb.
“Azərbaycan xalqı və dövləti 30 ilə yaxın düşmənin həyasızlığına dözdü, münaqişəni sülh yolu ilə həll olunmasına çalışsa da, alınmadı. Ermənistan daha çoxunu istədi. Bu məqsədlə 2016-cı ilin aprelində növbəti dəfə təxribata əl atdı. Şanlı Ordumuz əks-hücum əməliyyatı ilə Lələtəpə kimi mühüm strateji yüksəklik də daxil olmaqla, min hektarlarla ərazini işğaldan azad etdi. Düşmən isə dayanmaq istəmirdi və yeni ərazilər işğal etmək niyyəti ilə 2020-ci il sentyabrın 27-də hücuma keçdi. Müzəffər Ali Baş Komandanın əmri ilə hərbi əməliyyatlara start verən Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın işğal müddətində ya-rat¬dığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Müharibənin gedişində döyüşlərdən uzaqda olan şəhərlərimizə də artilleriya və raket zər¬bə¬ləri endirən ermənilər Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu azaltmaq istəsə də, bunu bacarmadı. Ermə¬nistan, onun havadarları və bütün dünya Azərbaycan Ordusunun qüdrətini gördü. 2020-ci il noyabrın 10-da Azərbaycanın, Rusiyanın prezidentləri, Ermənistanın baş nazirinin iştirakı ilə üçtərəfli Bəyanat imza¬la¬ndı. Bu Bəyanat Azərbaycanın qalib ölkə olduğunu təsdiqləyən sənəd idi.
Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalına son qoy¬du. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazandı. Vətən müharibəsi və onun nəticələri Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu sübuta yetirdi. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmlən¬di¬rilməsi, orduda aparılan islahatlar və bu sahədə qazanılan uğurlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların nəticəsidir”, - deyə S.Xasayeva vurğulayıb.
Deputat qeyd edib ki, istər Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər, istərsə “Qisas” əməliyyatı, həmçinin sentyabrın 12-14-də hərbi təxribatlara verilən tutarlı cavablar Ermənistanı davamlı sülh müqaviləsi bağlamaq haqqında dü¬şün¬dürməlidir.
“27 Sentyabr - Anım Günü torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızın xatirəsinin əbədiləşdirildiyi gündür. Bu gün həm də Orduya inam günüdür. Xalqımız şəhidlərimizin xatirəsini əziz tutur, dövlətimiz şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır. Tanrı dövlətimizi və Ordumuzu qorusun”, - deyə Səbinə Xasayeva bildirib.