"Hökumət iqtisadi islahatları dərinləşdirmək istiqamətində ciddi addımlar atmır"

"Hökumətin hesabatı ilə səthi tanışlıq belə göstərir ki, hökumət iqtisadi islahatları dərinləşdirmək istiqamətində ciddi addımlar atmır".

"Unikal" xəbər verir ki, bunu bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, dövlət sektorunda çalışanlar özəldə çalışanlardan xeyli az maaş alırlar: “Əgər belədirsə, niyə özəlləşdirmə aparılmır ki, insanlar özəl sektorda işləsinlər, yüksək maaş alsınlar. İqtisadiyyatın əsas sahələri dövlətə məxsus olsa da, hesabatda dövlət müəssisələrinin nə qədər vergi ödəməsi göstərilmir. Üstəlik, hesabata baxdıqda görürük ki, iqtisadiyyatımız hələ də neftdən asılıdır. Hökumətdən soruşuram ki, niyə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmur? Bütün qonşularımız bu təşkilatın üzvüdür. Bizdə isə bu məsələ hər dəfə uzadılır. Xarici banklar Azərbaycana buraxılmalıdır ki, sahibkarların aşağı faizli kreditlərə çıxışı olsun”,- deyə Q.Həsənquliyev vurğulayıb.