“Humayun” sosial problemlərin həllinə kömək ictimai birliyi əlilliyi olan insanlar üçün gəzinti təşkil edib

"Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyi tərəfindən həyata keçirilən ""Yurdum" sosial eko-kənd layihəsi"nin icrası davam edir.

29 noyabr 2024-cü il tarixində benefisiar və valideynlərin də iştirakıyla birlikdə Azərbaycanın qədim tarixə malik dilbər guşələrindən olan Şamaxıya gəzinti təşkil edilib.

Nahardan və istirahətdən sonra Şamaxının Çuxuryurd kəndi ziyarət edilib, təbiət qoyuna gəzinti təşkil olunub, benefisiarların fiziki və mənəvi rifahının inkişafı üçün maraqlı oyunlar təşkil edilib.

Gəzinti benefisiar və valideynlərdə xoş əhval-ruhiyyə və təəssüratlar yaratdı.

Qeyd olunub ki, "Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyi tərəfindən icra edilən "Yurdum" sosial eko-kənd" layihəsi çərçivəsində yaradılan sosial terapevtik mühitdə hər bir fərdin aid olma hissi inkişaf edib və özünə inamı artırıb.

Benefisiarların fiziki, zehni və emosional sağlamlığını dəstəkləməkdən əlavə yüksək əxlaqi keyfiyyətləri özündə ehtiva edən "ailə", "ikinci ev" doğmalığı yaradılıb.

Hər bir benefisiar özünü evindəki kimi hiss edərək öz bacarıqlarının, şəxsiyyətlərinin əhəmiyyətli olduğunu hiss etdiyi mühitə əlindən gələn töhfəni verərək sosial və praktiki bacarıqlarını inkişaf etdirib. Yaradılan inklüziv icmada müxtəlif ev qayğısı, bağ qayğısı, əl işləri, yemək hazırlanması kimi gündəlik həyat üçün zəruri hesab edilən fəaliyyətlərin sərbəst görülməsi və öyrənilməsi həyata keçirilir. Emosional sağlamlığın dəstəklənməsi üçün musiqi, rəsm dərsləri də hər həftə mütəmadi mərkəzin fəaliyyət planına daxildir və indiyədək uğurla icra olunub