İctimai Birlik Maştağada tədbir keçirdi

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyi və Maştağa qəsəbəsi 128 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Şəhid ailələri ilə görüş" adlı tədbir keçirilib. Tədbir həmin məktəbin akt zalında baş tutdu. Məqsəd şəhid ailələri ilə görüş, onların sosial problemləri ilə yaxından tanış olmaqla yanaşı şəhidlərimizi şagirdlərə yaxından tanıtmaq, onların vətənpərvər ruhda böyüməsinin maarifləndirmək idi.

Tədbir Azərbaycan himni və şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla başladı. Sonra məktəbin direktoru Sədaqət Əliyeva çıxış edərək qonaqlara salamlayaraq tədbiri açıq elan etdi. Sədaqət müəllimə məktəbin bu istiqamətdə gördüyü işlərdən, hər sinifə şəhid adının verilməsindən, şəhidlər haqqında guşələrin hazırlanmasından danışaraq məktəb olaraq həmişə belə tədbirlərə açıq olduqlarını vurğuladı. 

Tədbir şagirdlərin şəhidlər haqqında şeir və mahnıları ilə başladı. Sonra Təşkilatın sədri Rövşən Ağamalıyev indiyə kimi həyata keçirdikləri layihələr haqqında geniş çıxış etdi və şəhidlərin tanıdılması üçün gördüyü işlərdən, şəhid ailələlərinin sosial problemlərinin həlli yolundakı səylərindən, 44 günlük müharibədə həlak olmuş şəhidlərimiz haqqında “Əsrimizin Qəhrəmanları" adlı kitabdan danışdı. 

Rövşən Ağamalıyev təşkilatın gələcək layihələri və anti-terror şəhidləri haqqında danışaraq onlardan bəhs edən video hekayə çəkilişi barədə də fikrini bildirdi. Təşkilatın İdarə heyətinin üzvü, Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov təşkilatın gördüyü və görəcəyi işlər barədə geniş məlumat verməklə, hər bir Azərbaycan vətəndaşının keçmişinin unudulmamağının vacibliyini vurğuladı.

“Bu oyunların birdə 40 ildən sonra başımıza gəlməməyi üçün gənclərin üzərinə böyük bir iş düşür. Cənab prezident İlham Əliyev həmişə qeyd edib ki, gənclərin vətənpərvər ruhda böyüməsi hər bir Azərbaycan vətəndaşı əlindən gələni əsirgəməməlidir. Bunun üçün təşkilat olaraq bu istiqamətdə işlərimizi təhsil ocaqlarında davam etdiririk.”

Sonra təşkilatın üzvü şəhid qızı Aytəkin xanım təsirli çıxışları ilə həm atası, həmdə ümumi formada şəhidlərimiz haqqında danışaraq şəhid anaları tərəfindən alqışlarına və rəğbətinə səbəb oldu.

Tədbirin qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Sevil İbrahimli çıxış edərək indiyə kimi şəhidlər haqqında yazdığı kitablardan geniş danışaraq həmin kitablardan tədbirdə iştrak edən şəhid ailələrinə təqdim etdi. 

Sonra şəhid ailələri və qazilər çıxış edərək öz fikirlərini, arzu və istəklərini bildirdilər.Tədbirdə təşkilat üzvlərindən Orucova Leyla, Cəbiyeva Gülnarə, və Camalova Fazilə iştirak edirdilər. Sonda məktəbin direktoru Sədaqət Əliyeva təşkilatın Fəxri Fərmanı ilə təltif olundu.Tədbirdən sonra tədbir iştrakçıları şəhid ailələri ilə birlikdə şəhidlərimizin məzarını ziyarət etdilər.

 

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İB üzvü: Gülər Mübariz