İdmanda qazanılan uğurlar məqsədyönlü siyasətin tərkib hissəsidir

Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla paralellik təşkil edir. Əldə olunan nəaliyyətlər Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsinə gətirib çıxarıb. Bu isə sağlam idman mühitinin formalaşması, idmanda kütləviliyin təşkilinə göstərilən diqqət və qayğıdan irəli gəlir. Azərbaycanın bölgələrində müasir standartlara uyğun Olimpiya İdman Kompleksləri tikilib. Bununla yanaşı Bakı şəhərində eləcədə regionlarda ən mötəbər idman yarışları təşkil olunur ki, bu da idmana sağlam həyat tərzinə olan marağın daha da artmasına yol açır.  

İdmana göstərilən diqqət  Azad edilmiş ərazilərdə də həyata keçirilir. Bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. Burada idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Xankəndidə “Qarabağ” stadionu, Ağdamın məşhur “İmarət” stadionu, Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməlinin qoyulmasını göstərmək olar. 

Bütün bunların fonunda Fransada təşkil olunan Olimpiya Oyunlarında əldə olunan uğurlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. 

Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”. 

Onu da qeyd edək ki, idmanın təbliği və bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Həyata keçirilən idman siyasəti ölkəmizin daha geniş arenada təbliğinə mühüm töhfələr verəcək. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşlkilatının əməkdaşı