İki deputatın namizədliyi qeydə alındı

VI çağırış Milli Məclisin iki deputatının namizədliyi qeydə alınıb.

Sabahinfo.az xəbər verir ki, namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən Rəşad Mahmudovun namizədliyi 79 saylı Astara Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib.

Deputat Nigar Arpadarai isə namizədliyini  7 saylı Səbail seçki dairəsindən irəli sürüb. Komissiya onun namizədliyini qeydə alıb.