Azərbaycanla Gürcüstanı müəyyən hadisələr də bir-birinə bağlayır. Gürcüstanda da, Azərbaycanda da milli-azadlıq hərəkatı genişlənmişdi. Rus imperiyası 1989-cu il aprelin 9-da Tbilisidə qırğın törətdi, 1990-cı il yanvarın 20-də Bakıda. Onda rəsmi Tbilisi rəsmi Bakının hansı amalla mübarizə apardığını bir daha gördü. Gürcüstan da, Azərbaycan da imperiyanın ilhaqından xilas oldu, hər iki dövlət müstəqildir, suverendir.
Azərbaycanla Gürcüstan arasında münasibətlər qarşılıqlı etimada, inama əsaslanır.
Aprelin 16-da Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri də ikitərəfli münasibətin ifadəsidir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlhm Əliyev mətbuata bəyanatında da bu münasibətlərin qarşılıqlı ehtiram əsasında formalaşdığını və davam etdiyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında iki dövlət arasında siyasi əlaqələrin inkişf erdiyini, yüksək səviyyəli təmasların müntəzəm xarakter aldığını, siyasi dialoqun fəallaşdığını, Azərbaycanla gürcüstanın bir-birinə sıx bağlı olduğunu, ... bildirərək dedi: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”.
Azərbaycanla Gürcüstan arasında əlaqələr müstəqillik dövründə daha dinamik olmaqla, bütün sahələri əhatə etməklə inkişaf etdirilmişdir. Bu gün iki dövlət arasında münasibətlər tam təkmil səviyyədə davam etdirilir. Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahənin mövcud olmadığını bildirərək dedi ki, “Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır”.
Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin daha da yaxşılaşacağının zəmanətidir.
Səbinə Xasayeva,
Milli Məclisin deputatı