İlham Əliyev bu dövlət və bu xalq üçün tarixi şansdır – Deputat

"Sovet Azərbaycanında Heydər Əliyevdən sonra, müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbər dövlətçiliyin varisliyini təmin edə, xalqın vahidliyinin təcəssümü ola bilməmişdi. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilk növbədə Heydər Əliyevin qurduğu Azərbaycanda dövlətçiliyin varisliyini təmin etdi. Əslində cənab İlham Əliyev barədə 2003-cü ildən etibarən danışmaq insaflı yanaşma deyil. Bakıda Sovet rəhbərliyi ilə nüfuz alveri edilirkən, cənab İlham Əliyev Moskvada Ulu Öndərlə birlikdə 20 yanvar hadisələrinə görə Sovet rejiminə qarşı açıq etiraz edən iki nəfərdən biri idi".

Sabahinfo.az xəbər verir ki, bunu  İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında deputat Bəhruz Məhərrəmov deyib. Bildirib ki,  Qarabağ məsələsi Ulu Öndərin nisgili idi, hətta son müraciətində də ifadə edirdi ki, "xaos və anarxiya dövründə yaranmış bu problemini hələ də həll edə bilməmişik: "Baxmayaraq ki, Heydər Əlyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi,  "xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı". Strateji əhəmiyyətinə görə tarix boyu maraqların toqquşma nöqtəsi olan və faydasından çox zərərini gördüyümüz coğrafiyanı ilk dəfə məhz cənab İlham Əliyev milli kapitala çevirdi və nə qədər ki, Heydər Əliyev siyasi kursunun davamlılığı təmin ediləcək, coğrafiyamız bizim üçün divident gətirməkdə davam edəcək.

Bu gün dönüb 20 il geriyə baxanda, bir şeyə əmin oluruq, miqyası dövlətimizin miqyasından, gördüyü işlər isə real imkanlarımızdan artıq olan cənab İlham Əliyev bu dövlət və bu xalq üçün sözün əsl mənasında tarixi şansdır. Millət olaraq şansımız gətirib ki, İlham Əliyev Azərbaycanda doğulub, Azərbaycanda yaşayır və Azərbaycanı idarə edir".