İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri mühüm əhəmiyyət kəsb edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyanat və 20-dən çox sahəni əhatə edən əməkdaşlıq sənədləri imzalanmışdır. Beləliklə, Avropa və Asiyanın bir sıra ölkələri ilə strateji tərəfdaşlıq qurmuş Azərbaycan beynəlxalq arenada mühüm rol oynayan Çinlə əlaqələrini də bu səviyyəyə çatdırmışdır. Bu hadisə cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi və onun şəxsiyyətinə olan hörmətin bariz nümunəsidir. 

İmzalanmış sənədlərdən biri Azərbaycan və Çin arasında viza rejiminin ləğvini nəzərdə tutur. Bu sənəd qarşılıqlı turizmin genişlənməsinə, xüsusilə də Çindən Azərbaycana turist axınının artmasına ciddi təkan verəcək. Eyni zamanda, viza anlaşması iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Elnur Allahverdiyev
Milli Məclisin VI çağırış deputatı