İnamla irəli...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Qaradağ rayonu, Səngəçal qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının əldə etdiyi böyük uğurlardan, qarşıdakı seçkilərdə irəli sürdüyü platformadan geniş bəhs edib.

Çıxış edən deputatlığa namizəd Aydın Hüseynov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi, hərbi gücünün yüksəlməsi, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, milli və regional təhlükəsizliyin təmin olunması sahəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb. 

Seçiciləri qarşıdan gələn parlament seçkilərində xüsusi fəallıq göstərməyə çağıran A.Hüseynov növbəti dəfə seçiləcəyi təqdirdə qaradağlıların etimadını doğrultmaq üçün əzmlə çalışacağını bildirib.

Görüş iştirakçılarından Mirtağı Tağıyev, Vaqif Abbasov, Xanmurad Dostəliyev, Qafur Zahidov, Zöhrab Babayev, Qızbəst Balayeva, Leyla Tağıyeva, Həbibə Əzizova və digərləri çıxış edərək Aydın Hüseynovu uzun müddətdir tanıdıqlarını, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.