İran parlamenti bu gün Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişi təsdiqləyib.
Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib.
Məlumata görə, 162 deputat layihənin lehinə, 7-si əleyhinə səs verib. 7 deputat bitərəf qalıb.
Saziş 12 avqust 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində imzalanıb.
Sənəddə qeyd edilir ki, tərəflər öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq, bərabərlik və qarşılıqlı fayda əsasında aralarında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsini təşviq etmək və asanlaşdırmaq üçün bütün zəruri tədbirləri həyata keçirirlər, sənaye, kənd təsərrüfatı, ticarət, turizm və digər iqtisadi sahələrdə əməkdaşlıq edirlər.