İran prezidenti üç günlük səfərlə Bağdada gedib.
Sabahinfo.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məsud Pezeşkiyan İraqın Baş Naziri Məhəmməd Şia əl-Sudaninin rəsmi dəvəti ilə gedən nümayəndə heyətinə rəhbərlik edir.
Bu səfər zamanı baş nazir, prezident, İraq parlamentinin sədrləri və ədliyyə orqanları ilə rəsmi görüşlər və birgə əməkdaşlıq sənədlərinin imzalanması ilə yanaşı, prezidentin İraqda yaşayan iş adamları və iranlılarla da görüşləri olacaq.