İran Rusiyaya dronlar verdiyini etiraf etdi

Rusiyaya verdiyimiz PUA-lar Ukraynadakı müharibədən bir neçə ay əvvələ aiddir.

Sabahinfo.az APA-ya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

"Pilotsuz təyyarə hissəsi doğrudur və biz Ukrayna müharibəsindən aylar əvvəl Rusiyaya az sayda pilotsuz təyyarələr vermişdik. Biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, Rusiyanın Ukraynada İran pilotsuz təyyarələrindən istifadə etdiyinə dair əllərində olan sənədləri bizə təqdim etsin. İki həftə əvvəl bir Avropa ölkəsində belə bir görüşümüz oldu, müdafiə və siyasi nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi, təəssüf ki, Ukrayna nümayəndə heyəti iştirak etmədi", - nazir əlavə edib.