İranda etiraz aksiyaları davam edir.
Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər, polislə toqquşmalar baş verib.
Sosial şəbəkələrdə yayılan yeni videoda isə qəzəbli etirazçıların polis idarəsinə hücum edərək binaya od vurduqları əks olunub.
Xatırladaq ki, sentyabrın 16-da İranın Kürdüstan əyalətinin sakini Məhsa Əmini xəstəxanaya yerləşdirildikdən sonra komaya düşüb və beyni fəaliyyətini dayandırdığı üçün həyatını itirib.
Hadisə şahidləri jurnalistlərə bildiriblər ki, Məhsa Əmini polis maşınının içərisində döyülüb və işgəncələr nəticəsində həyatını itirib.
Bu hadisədən sonra İranda etirazlar səngimir və hazırda ölkənin azı 24 ostanı və 36 şəhərində nümayişlər keçirilir.