İranın Punək qəsəbəsində yerləşən Azad Universitetinin tələbələri etiraz aksiyası keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, tələbələr ölkə üzrə bütün tələbələri onlara qoşulmağa səsləyən şüar səsləndiriblər:
“Dəstək ver, dəstək ver, ey qeyrətli öyrənci!”
Nəticədə Azad Universitetinin Cənubi Tehran filialının etirazçı tələbələrinə qarşı repressiv hökumət qüvvələri zorakılıq ediblər.