İraqın şimalında 2 Türkiyə hərbçisi şəhid olub, 4-ü yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi İraqın şimalında əməliyyat zamanı şəhid olub.

Sabahinfo.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

İraqın şimalındakı Qara bölgəsində aparılan “Pəncə Qartal-2” əməliyyatı çərçivəsində terrorçularla baş vermiş silahlı qarşıdurmada Türkiyə Ordusunun hərbi qulluqçuları kapitan Burak Coşkun və baş çavuş Harun Turhan həlak olub. Atışmada 4 əsgər də yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.