İrəvan küçələrində ölkənin baş naziri Nikol Paşinyanın müqəvvaları yerləşdirilib.
Üzərində “satqın” və “kapitulyant” sözləri yazılmış müqəvvalar həmçinin parlamentin qarşısına da qoyulub.
İrəvanın demək olar ki, bir çox nöqtələrində yerləşdirilən və sosial şəbəkələrdə görüntüləri paylaşılan müqəvvaların konkret olaraq kimlər tərəfindən yerləşdirildiyi açıqlanmır.