Bu gün Vətən müharibəsinin şəhidləri İslamov Elvinin və Qasımov İsmayılın əziz xatirəsi Yasamal rayonunda yad edilib. Şəhidlərin 2-ci Fəxri xiyabandakı məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal RİH aparatının, Yasamal Bələdiyyəsinin məsul əməkdaşları, şəhidin yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elvin Elçin oğlu İslamov Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 9-da Füzulidə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
İsmayıl Sadiq oğlu QasımovVətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 9-da Füzulidə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin,doğmalarına və xalqımıza səbr, qazilərimizə şəfa versin.