İsrail HƏMAS-ın silah istehsalı obyektini vurdu

İsrail hərbçiləri HƏMAS terror təşkilatına məxsus silah istehsalı ilə bağlı obyektlərdən birinə hücum edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə fevralın 13-də İsrail Müdafiə Qüvvələri "Twitter"də məlumat yayıb.

"Qırıcılar raketlərin istehsalı üçün istifadə olunan yeraltı kompleksə zərbələr endirib", - rəsmilər bildirib.

Eyni zamanda, bunun fevralın 11-də Qəzzadan İsrailə atılan raketə cavab olduğunu açıqlanıb.