İsrail Ordusu Hizbullah təşkilatının hərbi obyektlərini atəşə tutub.
Sabahinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, həmin hədəflər arasında Hizbullaha aid hərbi təyinatlı binalar, silah anbarları var.
Xatırladaq ki, İsrail Müdafiə Ordusunun adı açıqlanmayan rəsmisi dekabrın 18-də Livandakı Hizbullah qruplaşmasına qarşı quru əməliyyatlarının başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, İsraillə HƏMAS arasında hərbi əməliyyatlar bu il oktyabrın 7-də başlayıb.