IX sinif şagirdlərinin yerdəyişməsi bu gün başa çatır

IX sinif şagirdlərinin yerdəyişməsi bu gün 18:00-da dayandırılacaq.

Bu barədə Sabahinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, yerdəyişmə tədris ilinin sonuna qədər aktiv edilməyəcək.