Rusiyanın Ukraynanı işğal etmək qərarından sonra bölgəyə minlərlə çeçen döyüşçüsü göndərən Çeçen lideri Ramazan Kadırov yenidən gündəmə gəlib.
Sabahinfo.az xəbər verir ki, bir müddətdir Ukraynada olduğunu bildirən Çeçenistan rəhbərinin əslində Rusiyada olduğu ortaya çıxıb. Belə ki, Kadırovun yanacaqdoldurma məntəqəsində yanında pulemyotlu əsgərlərlə birlikdə namaz qıldığı fotosu yayılıb.
Çeçen liderinin paylaşdığı fotoda yalnız Rusiya Federasiyasında yerləşən “Pulsar” yanacaqdoldurma məntəqəsinin loqosu görünür. “Pulsar”ın Rusiya dövlətinin nəzarətində olan “Rosneft” neft şirkətinə məxsus olduğunu nəzərə alsaq, Kadırovun Rusiya da olduğunu təsdiq etmiş olarıq.