İngiltərədə ortaya çıxan və qısa müddətdə 12 ölkədə görülən mənşəyi bilinməyən hepatit virusu Kanadada da aşkarlanıb.
Sabahinfo.az xəbər verir ki, Kanada İctimai Səhiyyə Agentliyinin (PHAC) bəyanatında deyilir: "Kanada İctimai Səhiyyə Agentliyi Kanadada gənc uşaqlarda mənşəyi bilinməyən ağır kəskin hepatit hallarından xəbərdardır",- açıqlama yayıb.
Ölkə üzrə aşkar edilən hepatit hallarının araşdırıldığı, araşdırmaların sonrakı mərhələlərində ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
Aşkarlanan halların sayı və hansı ştatlarda görüldüyü barədə ətraflı məlumat verilməyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, bu günə qədər ABŞ, İngiltərə, İspaniya, İsrail, Danimarka, İrlandiya, İtaliya, Norveç, Fransa, Rumıniya, Belçika və Hollandiyada səbəbi bilinməyən hepatit halları müşahidə olunub.(unikal)