Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” lahiyəsi uğurla davam edir.
Yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova kitabxanaya “Nizami Gəncəvinin bir çox əsərlərinin ərəb və fars dilində yazmağının əsas səbəbi” məqaləsini təqdim etdi.
Məqalədə faydalı araşdırmalar aparan müəllif dahi Azərbaycan şairinin ərəb və fars dilində yazmasının səbəbini aydın şəkildə izah edir. Yazıçı qeyd edir ki, sevimli şairimiz Nizami Gəncəvi öz doğma dili olan türk dilini sevib, türk dilində yazıb. O dövrün tələblərinə uyğun olaraq isə, ərəb və fars dillərində yazmaq məcburiyyətində qalıb.
Müəllif qeyd edir ki, hansı dildə yazıb yaratmağından asılı olmayaraq Nizami Azərbaycan şairidir və əsərlərində də uca türk ruhu, türk təfəkkürü boy verir.
Məqalə aşağıdakı keçiddə verilib:
https://drive.google.com/file/d/1qQpH9WE5cp4XgHSuNhviz9H9-0FGtp7G/view