“Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir   

“Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir     Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin     (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir.     Layihə çərçivəsində şair Solmaz Şirin “Ağlım ürəyimə hökm edə bilmir” kitabını kitabxanaya hədiyyə etmişdir. Kitabda münəcatlar, lirik şeirlər, qəzəllər, məsnəvilər, qoşmalar, gəraylılar, bayatılar, laylalar, uşaq və satirik şeirlər, aforizmlər və s. janrlar yer almışdır.      Kitabın “Lirik şeirlər” bölməsində şair gözəllikləri tərənnüm edir, məhəbbət haqqında düşüncələrini bildirir. Kitabdakı rübailərdə Vətən sevgisi, insanın iç dünyasının təmizliyi təsvir olunur. Kitabda Solmaz Şirin “Qəhrənmanlıq salnaməsi”, “Ümid dəfni” və “Siyahıyaalma hekayəti” adlı üç poeması da var.      Solmaz Şirinə həsr edilmiş şeir və məqalələr ayrı-ayrı bölmələrdə verilmişdir.   

   Oxucular kitabları Yasamal rayon MKS-inin kitabxanalarında oxuya bilərlər.