“Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri uğurla davam edir 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri uğurla davam edir.    Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Hacı Qani Camalzadə kitablarını hədiyyə etdi. Əsərlərində yazıçı real və tarixi hadisələri bədii formada təsvir edir. “Karxana”, “Kiaksarın axrıncı savaşı” və “Şeytana daş atanlar” romanı oxucuların marağına səbəb olacaq.  Şair Zeynəb Cəmaləddin yeni yazdığı “Ruhumun zərrələri” kitabını kitabxanaya hədiyyə etdi. Kitabda münəcatlar, qəzəllər, sonetlər, təcnislər, qoşmalar, divanilər, gəraylılar, bayatılar, deyişmələr, nəzirələr və esselər, şeirlər s. janrlar yer almışdır. Kitabın “Qəzəllər” bölməsində şair gözəllikləri tərənnüm edir, məhəbbət haqqında düşüncələrini bildirir. Kitabdakı təcnislər və bayatılar bölməsində uşaqlar üçün yazılmış şeirlər və nəsihətlər var. Zeynəb Cəmaləddin şeirlərində ruhən, qəlbən Allahına, xalqına, Vətəninə, torpağına bağlı olan bir şair kimi çıxış edir.  Oxucular kitabları Yasamal rayon MKS-inin kitabxanalarında oxuya bilərlər.