Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Tərəqqi” medalına layiq görülmüş şair, publisist Nəsibə İsrafilqızı yeni şeirlərinin videokliplərini təqdim etdi. “Mən şəhid bacısıyam” şeiri qəhrəman şəhidimiz Möhsün Əliyevin bacısının dilindən yazılmışdır. Şeirdə şəhid bacısının qardaşı üçün necə darıxdığını, onun bu dünyadan nakam getməsindən, yoxluğuna çox çətinliklə dözməsindən, hər gün qəbrini ziyarət edib onunla dərdləşməsindən danışılır.
Müəllif “Zaman belə gəldi” şeirində ürəyinin şən nəğmələrinin susduğu, zamanın sellə gəldiyi, arzuların, diləklərin viranə çöl olduğu, sədaqətin, dostluğun, mərdliyin gölməçədə boğulub öldüyü zamanı qınayır.
Videokliplər aşağıdakı keçidlərdə nümayiş olunur:
https://youtu.be/rdFe5UHy1Pg?si=VE1arlj-sSC-6n7j
https://www.youtube.com/watch?v=LV5jRHUlMvQ