Kiyevdə yolda 37 mülki şəxsin cəsədi tapıldı

37 nəfərin meyiti Kiyev vilayətinin Motıjin və Yasnoqorodka kəndləri arasında 7 km uzunluğunda olan yolda tapılıb.

Sabahinfo.az xəbər verir  ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

WSJ qeyd edib ki, Motıjindən (Makariv rayonu) şimala gedən digər iki yol müharibənin ilk həftəsində çoxlu yerli əhalinin həlak olduğu yer olub. Buna görə də onlar evakuasiya üçün cənub-şərqdən Yasnoqorodkaya (Fastiv rayonu) gedən yoldan istifadə etməyə çalışıblar.

Jurnalistlər yola bitişik ərazini araşdırıblar. Onlar belə nəticəyə gəliblər ki, rus qoşunları yolu minaatanlardan atəşə tutub.

Yolda “Uşaqlar” yazısı olan  olmuş mülki avtomobillərlə yanaşı, güllə yarası almış mülki vətəndaşlar da tapılıb.