PSJ Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə bərabərə qaldığı matçda yeni rekorda imza atıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu görüşdə uduzmayan Paris təmsilçisi bununla da avrokuboklarda öz meydanında oynadığı qarşılaşmalarda məğlub olmadığı oyunların sayını 33-ə yüksəldib. Bu isə avrokuboklarda iştirak etmiş komandalar arasındakı mütləq rekorddur. Xatırladaq ki, PSJ sonuncu dəfə 2006-ci il, noyabrın 23-də öz meydanında Təl-Əvivin "Hapoel" komandasına 2:4 hesabı ilə uduzub.