Ermənistanın sabiq prezidenti Robert Köçəryan növbəti dəfə məhkəmə iclasında iştirak etməyib.
Sabahinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məhkəmə zalında iştirak edən vəkil Ayk Alumyan hakimə tibbi arayış təqdim edib və daha ətraflı məlumat vermək üçün iclasın qapalı keçirilməsini xahiş edib. Hakim Anna Danibekyan onun xahişini təmin edib.
Qeyd edək ki, Ermənistanın ikinci prezidentinə qarşı böyük miqdarda rüşvət alma ittihamı irəli sürülüb.