Xalq artisti Könül Xasıyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı arzusunu dilə gətirib.
Axşam.az xəbər verir ki, xanəndə Qaraçuxurlu ilə “Bu gecə yum gözlərini” mahnısını duet oxumaq istədiyini açıqlayıb.
“Həmin Zaur” proqramına qonaq olan Xasıyeva bildirib ki, Əməkdar artist Könül Kərimova onun arzusunu ürəyində qoyub:
“Oxumaq istədim, bir müğənni çıxıb tez oxudu. Namiqlə çox qəşəng də tutardı. Namiqə zəng etdim ki, başıma bir iş gəlsə, Kazımın (oğlu - red.) toyunda oxu. İstəyirdim, oxuyum, Könül Kərimova çıxdı, oxudu. Arzum gözümdə qaldı”.