Könül Nurullayeva seçiciləri ilə səyyar görüş keçirib

 

Milli Məclisin deputatı Könül Nurullayeva paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli 102, 104, 104A, Rüstəm Rüstəmov 47, 66, 70 və 74 ünvanlarında yaşayan sakinlərlə görüş keçirib.

Görüş zamanı vətəndaşların dilə gətirdiyi şikayət və təklifləri dinləyən K.Nurullayeva, eyni zamanda onların rastlaşdıqları gündəlik problemlərin həlli istiqamətində mövcud prosedur qaydalarını izah edib.

Nəzərinizə çatdıraq ki, səsləndirilən müraciətlər arasında yaşayış binasının zirzəmi qatının kanalizasiya sularından təmizlənməsi, məhəllədaxili yolların işıqlandırılması və asfalt örtüyünün döşənməsi, ağaclara aqrotexniki qulluğun göstərilməsi, abadlaşdırma işlərinin aparılması, işlə təmin olunma, sosial müavinətin verilməsi ilə bağlı vətəndaşın yaşadığı çətinlik və s. bu kimi məsələlər başlıca yer almışdır. Görüşün sonunda millət vəkili Könül Nurullayeva sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağını və qeyd olunan müraciətlərin qısa zaman ərzində aidiyyəti qurumlara çatdırılacağını bildirib.