İngilis alimlər ölkədə müəyyən edilən koronavirusun daha sürətlə yayılan variantında dəyişikliklər olduğunu açıqlayıb.
Bu barədə “Hürriyet” məlumat yayıb.
“Britaniya ştammı”nın mutasiya etmiş variantına 214 mindən çox nümunənin 11-də rast gəlinib. Sözügedən mutasiyaya E484K adı verilib.
Bir sıra tədiqatlar E484K-nın təbii immunitet sisteminə qarşı daha güclü müqavimətə malik olduğunu göstərib.