Krasnodar vilayətindəki soydaşlarımız Prezident İlham Əliyevi təbrik ediblər

Rusiya Federasiyasının Krasnodar vilayətindəki soydaşlarımız da Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik ediblər. Krasnodar vilayətinin Vəkillər Kollegiyasının üzvü, hüquqşünas, diaspor üzvü Cəmil Əliyev adından Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda bildirilib: “Biz Krasnodar diyarında yaşayan azərbaycanlılar səmimi qəlbdən seçkilərdə qazandığınız inamlı qələbənizi təbrik edir, fəaliyyətinizin yeni dövründə Sizə böyük güc, uğurlar və ali dövləti vəzifənizin icrasında nailiyyətlər arzulayırıq.

Azərbaycan xalqı bir daha Sizə etimad göstərdi, fəaliyyətinizə yüksək dəyər verdiyini nümayiş etdirdi.

Müdrik dövlət xadimi kimi Sizə Azərbaycanın hərtərəfli və davamlı inkişafına yönəlmiş qətiyyətli və yorulmaz fəaliyyətinizə görə təşəkkür edir, daha böyük uğurlar arzulayırıq.

Biz Sizə inanırıq və Sizinlə fəxr edirik”.