Krasnoyarskdakı soydaşlarımız yardım kampaniyası keçirirlər

Rusiya Federasiyasının Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı tərəfindən Türkiyə və Suriyada baş vermiş zəlzələdən əziyyət çəkənlərlə əlaqədar yardım kampaniyasına başlanılıb.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı fevralın 8-də Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri Teleh Mahmudovun iştirakı ilə Muxtariyyət Şurasının fövqəladə iclası təşkil olunub. Çətin vəziyyətdə olan insanlara təcili humanitar yardımın göstərilməsi məsələləri müzakirə edilib.