Kredit götürənlərin nəzərinə - Sosial yardım verilmir

Kredit alanlara maddi təminatları aşağı olsa belə ünvanlı sosial yardım verilmir.

Sabahinfo.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin ünvanlı sosial yardım verilməsi ilə bağlı qaydalarında öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara görə kreditin ünvanlı sosial yardımdan imtinaya səbəb olduğunu deyir.

Ancaq bu o demək deyil ki, kredit alanlar heç vaxt ünvanlı sosial yardım ala bilməz.

Banklardan kredit alanların ünvanlı sosial yardım almaqdan məhrum edilməsinin əslində önəmli səbəbləri var. İqtisadçı-ekspertlər bildirir ki, bu qadağa ünvanlı yardım alarkən sui-istifadə hallarının qarşısını almağa hesablanıb.