"Prezident İlham Əliyev 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında əhatəli və cəsarətli çıxışı ilə diplomtik səriştəsini göstərib. Cənab Prezident Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf etdiyini qeyd edib". Bu fikirləri saytımıza YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza bildirib.
Politoloq Asif Əsgərli deyib ki, dövlətimizin başçısının Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifi olmasımı ilə bağlı fikri Ermənistanın baş naziri Nikol Paşinyanı qorxuya salıb: "Ona görə də Paşinyan yenə əsassız iddialar səsləndirib. Onun iclasdakı replikası gülüş doğurub. Çünki cənab Prezidentin dediyi kimi, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur: "Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır". Dövlətimizin başçısı Paşinyana sərt cavablar verməklə, eyni zamanda ona diplomatiya dərsi keçdi. Rusiya Prezidenti Vladimir Putinin Paşinyanın çıxışını yarıda qoyması da bir daha göstərir ki, o yersiz və əsassız danışıb".
Politoloq qeyd edib ki, Paşinyanın "dəhliz" qorxusuna baxmayaraq Kremldə keçirilən ikitərəfli və üçtərəfli görüşlər Ermənistanla Azərbaycan arasında normallaşma prosesini daha da sürətləndirəcək: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var. Brüssel görüşlərindən sonra Moskva görüşləri sülhün əldə olunması üçün imkanları daha da genişləndirib".