Lavrov: Varfolomeyi ABŞ idarə edir

Konstantinopol Patriarxlığını ABŞ idarə edir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, bu patriarxlığın fəaliyyətinin pravoslavlığın idealları ilə ümumi heç nəyi yoxdur:

“Biz çox yaxşı bilirik ki, Ukrayna Pravoslav Kilsəsi necə yaranıb. Bu, təkcə Konstantinopol patriarxı Varfolomeyin təşəbbüsü deyil. Onu birbaşa ABŞ diktə edib”.