27 Oktyabr 2025-ci ildə “Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması” layihəsi çərçivəsində Lerik rayonunda sonuncu seminar keçirilib.
Tədbirdə 16-35 yaş arası gənclər olmaqla ümumilikdə on səkkiz nəfər iştirak etmişdir. Seminarda iqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, dayanıqlı su təhlükəsizliyi probleminin aktuallığı və gənclərin üzərinə düşən öhdəliklər mövzularında gənclər maarifləndirilmişdir.
İştirak edən gənclər dayanıqlı su təhlükəsizliyinin həllində inzibati cərimələrin artırlmasını, bu sahədə ictimai nəzarətin gücləndirliməsi ilə yanaşı vətəndaş məsuliyyətinin gücləndirliməsini təklif etdilər. Bundan əlavə su ehtiyatlarının və dağların təmiz saxlanılması ilə bağlı müzakirələr aparılmışdır. Seminar, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev tərəfindən idarə olunmuşdur. Tədbirin sonunda gənclərə sertifikat və hədiyyələr verilmişdir.